Menu

Mahir Şükürov jurnalistlәrә hörmәtsizlik etdi

27.09.2016, 20:41
Mahir Şükürov jurnalistlәrә hörmәtsizlik etdi

Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” matçı davam edir.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında “Neftçi”nin sabiq üzvü, hazırda Bakı klubunun heyətində məşq edən Mahir Şükürov da var.

Matçın fasiləsində KİV nümayəndələri millimizin sabiq üzvünə yaxınlaşaraq onun futbola qayıtması haqqında danışmaq istəsələr də, futbolçu media nümayəndələrinə hörmətsizlik edib.

O, “Danışmıram!” deyərək stadionu da tərk edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol