Menu

Azərbaycanda antiradarlar niyə qadağan edilib? - Rəsmi cavab

27.09.2016, 23:42
Azərbaycanda antiradarlar niyə qadağan edilib? - Rəsmi cavab

Avtomobillərdə antiradar və radar detektorlarından istifadə qanunla qadağan olunub.

Sürücülər isə bundan narazıdırlar. Əgər yolda radar olduğunu bildirən nişan qoyulursa, radar detektorlarının istifadəsi niyə qadağandır?

Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib ki, antiradarlar radarların işinə mane olduğuna görə, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib.

Belə ki, sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

Qeyd edək ki, Azərbaycanda avtomobillərdə antiradar və radar detektorlarından istifadə edən sürücüləri yüksək məbləğdə cərimə gözləyir.

"AzPolitika" “Xezerxeber.com”un mövzu ilə bağlı hazırladığı ətraflı videomaterialı təqdim edir:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol