AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da prezident seçkiləri prosesi çərçivəsində keçirilən ilk debatlarda respublikaçı-namizəd Donald Tramp 60 dəfə yalan danışıb. Bu qənaəti demokrat-namizəd Hillari Klintonun seçki qərargahı təsdiqləyir.
Demokratların sözlərinə görə, respubikaçıların namizədi faktları təhrif edib və ya onları sadəcə, uydurmağa başlayıb. Bu ərəfədə Klinton və Tramp arasında keçiriləcək üç debatdan birincisi baş tutub.
İctimai rəyin öyrənilməsi məqsədiqlə SNN telekanalı tərəfindən aparılan sorğunun nəticələrinə görə, bu mərhələdə sabiq dövlət katibi Klinton Donaldın 27,0 faizinə qarşı 62,0 faizlə qalib gəlib.

Şərhlər