Menu

"OPEC-in qərarı nefti 10 dollar bahalaşdıracaq" - "Goldman Sachs"

29.09.2016, 11:09

Oil CelebrationOPEC tərəfindən neft hasilatının dondurulması "qara qızıl"ı 10 dollar bahalaşdıra bilər.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Goldman Sachs" investisiya bankının analitikləri bildirib.

"OPEC tərəfindən sutkalıq hasilatının 32,5 - 33 mln. barrel dəhlizində müəyyən olunması neftin qiymətini dəstəkləməyə hesablanıb, lakin qısamüddətli perspektiv üçündür", - deyə bankdan bildirilib.

Bankirlər hesab edir ki, bazardakı qeyri-müəyyənlik yaxın aylarda da davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol