Menu

ABŞ İraqa əlavə 600-ə qədər hərbçi göndərəcək

29.09.2016, 11:25
ABŞ İraqa əlavə 600-ə qədər hərbçi göndərəcək

AzPolitika.info xarici xəbər agentliklərinə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) İraqa əlavə olaraq 600-ə qədər hərbçi göndərmək niyyətindədir.

ABŞ hərbçiləri Mosula hücum əməliyyatından öncə yerli hərbi hissələrə köməklik göstərəcəklər. ABŞ müdafiə naziri Eşton Karter jurnalistlərə bildirib ki, hərbi mütəxəssislər İraq ordusuna təlimlər keçməli, məsləhətlər verməli, həm də onlara logistik dəstək verməlidirlər.

Rəsmi məlumatlara görə, hazırda İraqda 4,5 mindən artıq ABŞ hərbçisi yerləşdirilib. Mosul şəhəri «İslam dövləti» deyilən terrorçu qruplaşmanın İraqdakı «paytaxt»ı hesab olunur. Şəhər artıq 2 ildir ki, bu qruplaşmanın əlindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol