AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya olduqca ciddi ekoloji fəlakət təhlükəsi ilə üzləşib. Belə ki, Yapon dənizində qəzaya düçar olmuş tankerin göyərtəsində 400 ton kaustik soda var.
Gəminin ekipaj üzvləri təxliyyə olunub - onlardan heç biri xəsarət almayıb. Hazırda tankerdən dənizə kimyəvi maddənin sızıb-sızmaması məlum deyil. Mütəxəssislər insidentin səbəblərini araşdırırlar.
Qeyd edək ki, kaustik soda dünyada ən geniş yayılmış qələvidir.


Şərhlər