Menu

"Space" radiosu fəaliyyətini bərpa edib - MTRŞ

30.09.2016, 15:22
"Space" radiosu fəaliyyətini bərpa edib - MTRŞ

“Space" radiokompaniyasının ötən gün fəaliyyət göstərməməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə borcu ilə əlaqədar olub.

Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Radionun artıq fəaliyyətini bərpa etdiyini deyən N. Məhərrəmli deyib ki, bu, İstehsalat Birliyi ilə “Space” radiokampaniyası arasında olan texniki məsələdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol