Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, prokurorluğun kadr tərkibinin formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur qaydalar əsasında gənc mütəxəssislərin işə qəbulu memarı hərtərəfli məhkəmə-hüquq islahatları nəticəsində mümkün olub.

2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə nəticəsində işə qəbul edilmiş 780 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 63 faizini təşkil edir.
Azərbaycan Respublikası Baş prokurorunun müavini, Müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilmiş, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içiblər.
"AzPolitika"


Şərhlər