Menu

Baş prokuror Ukraynada öldürülən azərbaycanlı ilə bağlı aparılan işləri açıqlayıb

01.10.2016, 11:12
Baş prokuror Ukraynada öldürülən azərbaycanlı ilə bağlı aparılan işləri açıqlayıb

"Ukraynada öldürülən azərbaycanlı ilə bağlı Ukraynanın Baş Prokurorluğu ilə rəsmi yazışmalarımız mövcuddur. Onlarla telefon əlaqəsi yaratmışıq. Ukraynanın baş prokuroru müraciətimizə ciddi yanaşıb". "Report"un xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

Z.Qaralov bildirib ki, Ukraynanın baş prokuroru bütövlükdə zərərçəkmiş azərbaycanlılarla bağlı cinayət işlərini nəzarətə götürüb: "Bu yaxınlarda Ukraynadakı azərbaycanlı icmasının sədri və digərləri Ukrayna baş prokurorunun qəbulunda olacaqlar. Bütün bu işlər üzrə tədbirlər görülür".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol