AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, internetin sürətinə görə, Norveç Avropada liderlik məqamına yüksəlib. Bu göstərici üzrə o, İsveçi ötüb keçərək, birinci yerdə qərarlaşıb. Xəbəri «Akamai» rabitə operatounun keçirdiyi araşdırmanın nəticələrinə istinadla «The Local» yayıb.
Araşdırmanın nəticələrinə görə, Norveçdə internetin orta sürəti 2015-ci illə müqayisədə 55,0 faiz yüksəlib. Eyni zamanda, dünya reytinqinə görə,internetin sürəti üzrə 20,1 Mbit/saniyə göstərici ilə Norveçi Cənubi Koreya (27,0 Mbit/saniyə) qabaqlayır. Bu ölkə dünyada internetin sürətinə görə liderlik edir.
Üçüncü yerdə 19,0 Mbit/saniyə göstərici ilə Honkonq, dördüncü yerdə 18,8 Mbit/saniyə göstərici ilə İsveç dayanır.
Ötən ay yayılan xəbərə görə, Rusiya mobil internetin sürəti üzrə dünya reytinq cədvəlində 50-ci yeri tutub.
Bəs, Azərbaycan? Bir xəbər yoxdur - sanki bu ölkə dünyanın reytinq cədvəlində ümumiyyətlə, yer almayıb. Nə olsun ki? «Za to» bizim çox «səs-küylü» bir nazirliyimiz var - «Yüksək texnologiyalar nazirliyi». Həmin texnologiyaların köməkliyi ilə nazirlik böyük uğurla «alayı işlər»lə məşğul olur. Daha sürət nəyimizə gərəkdir?...


Şərhlər