Menu

Moskvada naməlum şəxs sinaqoqda atəş açıb, yaralanan var

02.10.2016, 09:46
Moskvada naməlum şəxs sinaqoqda atəş açıb, yaralanan var

Naməlum silahlı şəxs Moskvanın mərkəzində sinaqoqa soxularaq atəş açıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, özü ilə benzinlə dolu kanistr gətirmiş şəxs mühafizəçilərə bir neçə dəfə atəş açıb.

Məlumata görə, mühafizəçilər silahlı şəxsi saxlayaraq polisə təhvil veriblər. İnsident zamanı bir mühafizəçi yaralanıb. O xəstəxanaya yerləşdirilib.

Məlumata görə, atəş açan şəxs sinaqoqda yanğın törətməyi planlaşdırırmış.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol