Menu

Futzal üzrə dünya çempionatının qalibi - Müəyyənləşdi

02.10.2016, 12:15
Futzal üzrə dünya çempionatının qalibi - Müəyyənləşdi

Argentina tarixində ilk dəfə dünya çempionu olub

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, finalda Argentina və Rusiya yığmaları üz-üzə gəlib. Görüş cənubi amerikalıların qələbəsi ilə yekunlaşıb - 5:4.

Bununla da Argentina tarixində ilk dəfə dünya çempionu olub. Rusiya isə 1996-cı ildə əldə etdiyi bürünc medalı "gümüş"ə çevirib.

Qeyd edək ki, bu dəfə bürünc medal İrana qismət olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol