Menu

Saakaşvili Gürcüstana qayıtmaq niyyətindədir

02.10.2016, 17:26
Saakaşvili Gürcüstana qayıtmaq niyyətindədir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili bu günlərdə Nyu-Yorkda olarkən, ölkəsində keçiriləcək parlament seçkilərindən sonra vətənə dönmək niyyətində olduğunu bəyan edib.

«TASS» agentliyinin yaydığı məlumata görə, Nyu-Yorkda gürcü diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə Saakaşvili deyib ki, «Vahid milli hərəkat» (VMH) partiyasını dəstəkləyir və ona qələbə arzulayır.

Bundan əvvəl Gürcüstanın daxili işlər naziri Georgi Mqebriaşvili bəyan etmişdi ki, Saakaşvili Gürcüstana dönəcəyi təqdirdə, elə Gürcüstan sərhədini keçən kimi həbs olunacaq.

Vətənində Saakaşvil səlahiyyətlərindən sui istifadə etmək ittihamı ilə axtarışa verilib. Gürcüstan prokurorluğu dəfələrlə onun beynəlxalq axtarışa verilməsi xahişi ilə İnterpola sorğu göndərib.

Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol