Menu

Türkiyədə partlayış: 2 ölü, 1 yaralı

03.10.2016, 12:13
Türkiyədə partlayış: 2 ölü, 1 yaralı

Türkiyənin Hakkari vilayətində partlayış olub.

Trend "Habertürk"ə istinadən məlumat verir ki, vilayətin Dağlıca ərazisində hərbi maşın keçən zaman baş verən partlayış nəticəsində 2 hərbçi ölüb, 1-i yaralanıb.

Hadisəyə səbəb PKK terrorçularının yola əldəqayırma partlayıcı qurğu yerləşdirməsi olub.

Dərhal antiterror əməliyyatına başlanıb. Bir PKK-lı təslim olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol