Menu

Binanın damındakı yazı: «SOS! Putin, kömək elə!»

03.10.2016, 12:59
Binanın damındakı yazı: «SOS! Putin, kömək elə!»

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, İrkutskdakı yataqxanalardan birinin sakinləri binanın damına belə yazıblar: «SOS! Putin, komək elə!».

«FleşSibir» portalının verdiyi xəbərə görə, müvafiq müqavilənin olmadığını əsas gətirən «Oboronenerqo» şirkəti sözügedən yataqxana binasına elektrik cərəyanı verilişini dayandırandan sonra, sakinlər Putindən kömək istəmək qərarına gəliblər. Bina qəzalı hesab olunur. Yerli hakimiyyət strukturları məsələnin həlli üçün hərəkətə keçiblər.

Bundan əvvəl xəbər verilmişdi ki, Belqorod vilayətində müvafiq strukturlar avtobuslardan «Putin, kömək elə!» yazlarını yığışdırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol