Menu

Rusiya elmə ABŞ-dan 11 dəfə az vəsait xərcləyir!

03.10.2016, 13:01
Rusiya elmə ABŞ-dan 11 dəfə az vəsait xərcləyir!

Rusiya elmin inkişafına ABŞ-da olduğundan 11 dəfə az vəsait xərcləyir. Həmin göstərici üzrə, bu ölkə dünyada 9-cu yerdə dayanır. Reytinqi Strateji araşdırmalar və bilik iqtisadiyyatı Ali iqtisadiyyat məktəbi hazırlayıb.

«Kommersant» qəzetinin yazdığına görə, 2015-ci ildə Rusiya elmin inkişafına 40,0 milyard dollar vəsait yönəldib, dünya üzrə lider ölkə olan ABŞ isə bu məqsəd üçün 457,0 milyard dollar xərcləyib.

Göstərici üzrə ikinci yerdə Çin, üçüncü yerdə isə Yaponiya sıralanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol