Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi oktyabrın 18-nə təyin olunub.
E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.

Şərhlər