“WikiLeaks” saytının yaradıcısı Culian Assanj Ekvadorun London səfirliyinin balkonunda nəzərdə tutulan çıxışını ləğv edib.Avropa.info xəbər verir ki, o, bu addımı təhlükəsizliyi baxımından atıb. İfşaedici açıqlamaları isə videokonfransı yolu ilə verəcək. Məsələ ondadır ki, Assanj Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klinton haqqında yeni kompromat məlumatlar dərc edəcək.
Assanjın dediyinə görə, təqdim edəcəyi yeni ifşaedici kompromatlar Klintonun bütün seçkiöncəsi kampaniyasını məhv edə bilər.
İyulda “WikiLeaks” Demokrat partiyasını ifşa edən elektron məlumatları dərc etmişdi. Məlum olmuşdu ki, Hillari Klinton öz partiyasından olan rəqibi Berni Sandesi sıradan çıxarmaq istəyib.


Şərhlər