Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın istefası olduqca dərin köklərə malikdir.Avropa.info xəbər verir ki, bu haqda Ermənistanın “İrates” qəzeti yazır:
“Əslində bu istefa Ermənistan prezidenti və sabiq müdafiə naziri arasında bardağı daşıran son damla idi. Şayiələr gəzir ki, aprel müharibəsi zamanı Seyran Ohanyan Serj Sarkisyanın qəbul etdiyi qərarlarla qətiyyən razı deyildi. Ohanyanın KTMT-nin baş katibi vəzifəsindən imtinası da Sarkisyan-Ohanyan tandemində son nöqtəni qoydu”.
Qəzet yazır ki, Ohanyan dəqiq işsiz qalmayacaq. Bu yaxınlarda o, siyasətə qayıtmaq üçün siyasi gediş edəcək


Şərhlər