Menu

Göygöldə 21 yaşlı qızı maşın vurub

04.10.2016, 19:46

qezaGöygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayon sakini 1995-ci il təvəllüdlü Cananə Quliyeva yolu keçmək istəyərkən avtomobillə vurulub. Müxtəlif bədən xəsarətləri alan qız Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol