Menu

IMF Azərbaycan üçün inflyasiya proqnozunu azaldıb

05.10.2016, 10:46
IMF Azərbaycan üçün inflyasiya proqnozunu azaldıb

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanla bağlı bəzi proqnozlarına dəyişiklik edib. “Report” xəbər verir ki, bu barədə Fondun 2016-cı il üçün hazırladığı yeni proqnozlarda məlumat verilib.

Yeni, oktyabr icmalına əsasən, Fond bu il üçün Azərbaycanda real ÜDM-in dinamikasını mənfi 3%-dən mənfi 2,4%-ə endirib. Gələn il isə bu göstəricinin 1,4% artacağı gözlənilir. Əlavə edək ki, aprel icmalında 2017-ci il üçün ÜDM-in artım proqnozu 1% göstərilmişdir.

IMF, həmçinin Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu dəyişib. Belə ki, Fond Azərbaycanda bu il istehlak qiymətlərinin 10,2% civarında artacağını proqnozlaşdırır. Qeyd edək ki, aprel proqnozunda bu rəqəm 12,8% olub.

IMF 2017-ci il üçün inflyasiya proqnozu isə apreldəki 9,5%-dən 8,5%-ə salıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol