AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Prezident Vladimir Putin «Rosatom»un başçısı Sergey Kiriyenkonu prezident administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə təyin edib.
Kremlin mətbuat xidməti bu barədə xəbər verir: «Putin Kiriyenkonu tutduğu vəzifədən azad edərək, Rusiya Federasiyasının prezident administrasiyası rəhbərinin birinci müavini təyin edib. Bu barədə fərman imzalandığı gündən qüvvəyə minir».
Birinci müavin postu Vyaçeslav Volodinin Dövlət Dumasına deputat seçilməsindən sonra vakant olmuşdu. Hazırda administrasiyanın rəhbəri Anton Vaynonun iki birinci müavini və üç müavini var.
Məlumat üçün bildirək ki, Kiriyenko 1998-ci ildə Rusiya hökumətinin sədri vəzifəsinə təyinat alandan az sonra onun «kəraməti sayəsində» Rusiyanın milli valyutası bircə gecənin içərisində dəyərdən salınnaraq, urvatsız kağız parçasına çevrilmişdi. Görəsən, onun sayəsində Rusiyanı daha hansı fəlakət gözləyir?...
Qeyd edək ki, təyinat gözlənilən idi və bir müddətdir ki, Rusiya KİV-i bu barədə xəbərlər yayırdı. Qeyri-rəsmi məlumatlara görə, Kiriyenko da bir çox rusiyalı məmurlar kimi, etnik baxımdan yəhudi əsillidir.


Şərhlər