Menu

Əfqanıstanda İŞİD-ə qarşı döyüşlərdə ilk ABŞ əsgəri həlak olub

07.10.2016, 00:10

isidAdam Tomas Əfqanıstanın Nanqarxar vilayətində həlak olub

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, xəbəri Pentaqon təmsilçisi Piter Kuk da təsdiqləyib. ABŞ Silahlı Qüvvələrinin çavuşu Birləşmiş Ştatların Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda həlak olmuş ilk amerikalıdır.

"Quru qoşunlarının çavuşu Adam Tomas Əfqanıstanın Nanqarxar vilayətində öldürülüb. Çavuş Tomas Əfqanıstanda İŞİD-ə qarşı hərbi əməliyyatlarda öldürülmüş ilk hərbçidir" – deyə Pentaqon təmsilçisi Piter Kuk keçirdiyi brifinqdə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol