Menu

Bakıda İkinci Dünya müharibəsi iştirakçısının medalları oğurlanıb

07.10.2016, 14:25
Bakıda İkinci Dünya müharibəsi iştirakçısının medalları oğurlanıb

Rusiya Federasiyasının Moskva şəhərində yaşayan 1958-ci il təvəllüdlü Yuriy Ağayev Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edib.

“Report”un məlumatına görə, o, müraciətində bildirib ki, atası 1925-ci il təvəllüdlü İbrahim Ağayevə məxsus müharibə ordenləri və döyüş təltifləri Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi ev 50 mənzil 1 ünvanından oğurlanıb.

Müdafiə Nazirliyi öz növbəsində faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırma aparılır.

Qeyd edək ki, İ.Ağayev İkinci Dünya müharibəsinin iştirakçısı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol