Menu

Rusiyanın hərbi təyyarəsi Latviya sərhədində qeydə alınıb

07.10.2016, 18:28
Rusiyanın hərbi təyyarəsi Latviya sərhədində qeydə alınıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Latviya silahlı qüvvələri bu gün ölkənin sərhədi yaxınlığında Rusiyaya məxsus hərbi təyyarə qeydə alıb. Bu məlumatla ölkənin milli silahlı qüvvələri (MSQ) çıxış edib.

«Baltik dənizində, Latviyanın xarici dəniz sərhədi yaxınlığında, neytral sular üzərində patrul təyyarələri Rusiyaya məxsus Su-24 qırıcı təyyarəsini aşkarlayıblar» - deyə, MSQ rəsmi «Twitter» səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir.

Latviya müdafiə nazirliyinin versiyasına görə, Rusiya hərbi təyyarələri və gəmiləri 2015-ci ildə ölkənin sərhədlərinə 270 dəfə, 2014-cü ildə isə 250 dəfədən artıq yaxınlaşıblar.

Bundan əvvəl Rusiya Federasiyasının Latviyadakı səfiri Aleksandr Veşnyakov dəfələrlə bəyan edib ki, Rusiyanın bütün hərbi təyyarələrinin uçuşları və gəmilərinin hərəkəti beynəlxalq hüquqi normalara ciddi şəkildə uyğun olaraq həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol