Menu

«Kerrinin bəyanatının arxasında ciddi hüquqi nəticələr dayanır!» - Mariya Zaxarova

08.10.2016, 00:01

zaxarova«AzPoliika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, ABŞ dövlət katibi Con Kerrinin son bəyanatının arxasında «ciddi hüquqi nəticələr» dayanır. Bu barədə Zaxarova «Dojd» telekanalına verdiyi müsahibədə bəyan edib.

Zaxarova həm də qeyd edib ki, Rusiyanın Suriyadakı fəaliyyətinin araşdırılmasına ehtiyacın olması haqda ABŞ dövlət katibi öz bəyanatı ilə Suriyada atəşkəs barədə Rusiya-ABŞ razılaşmasının Vaşinqton tərəfindən pozulması faktından diqqəti yayındırmaq cəhdi göstərib.

Rusiyalı diplomatın fikrincə Kerrinin bəyanatı onunla izah olunur ki, Vaşinqton Suriyada atəşkəs barədəki razılaşmaya yönəlik öz öhdəliklərinə «düzəliş» edib: «Amerika tərəfi sadəcə, atəşkəs barədə razılaşmaya əməl edə bilmədi. Özləri bizə dedilər ki, onların müxalifətə təzyiq rıçaqları yoxdur...».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol