AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Kanada silahlı qüvvələrinin təyyarə və gəmiləri Şhotlandiya sahillərində NATO-nun 09-20 oktyabr (2016) tarixlərində keçirəcəyi«Joint Warrior» təlimlərində iştirak edəcək. Bu barədə Kanada müdafiə nazirliyinin yaydığı məlumatda söhbət açılır.
«NATO və alyansın müttəfiq ölkələrinin keçirəcəyi bu təlimlər hərbi qulluqçuların qlobal əməliyyatlara hazırlanması məqsədilə nəzərdə tutulub. Kanada hərbi qüvvələrinin bu təlimlərdə iştirakı Kanada hökuməti tərəfindən ölkənin silahlı qüvvələri qarşısına qoyulan missiyanı yerinə yetirməkdə onların hazırlığını yüksəldəcək» - deyə, nazirliyin məlumatında bildirilir.
Konkret olaraq, təlimlərdə Kanada hərbbi-dəniz qüvvələrinin «HMCS Charlottetown» freqatı hərəkətə gətiriləcək. Hal-hazırda freqat NATO birləşmələrinin tərkibində Avropada hərbi qulluq keçir. Bununla bərabər, təlimlərdə Kanada hərbi-hava qüvvələrinin CP-140 uzaq dəniz kəşfiyyatı təyyarəsi də iştirak edəcək. Bu təyyarə sualtı qayıqlarla mübarizə məqsədilə nəzərdə tutulur.

Şərhlər