Menu

Rusiya Kalininqradda İsgəndər-M yerləşdirdi –Avropa narahatdır

09.10.2016, 09:35
Rusiya Kalininqradda İsgəndər-M yerləşdirdi –Avropa narahatdır

Rusiya Kalininqradda İsgəndər-M raket komplekslərini yerləşdirib.

Bu barədə informasiyanı “Röyters” agentliyi özünün Amerika kəşfiyyatındakı mənbələrinə istinadən yayıb. Hələlik rəsmi Moskva bu xəbəri təsdiq etməyib.

Rusiya 2014-cü ildə Kalininqrada hərbi təlimdə iştirak üçün İsgəndər-M raketlərini göndərib. Sonradan bu raketlərin taleyi haqqında məlumat verilməyib. Avropa ölkələrinin böyük bir qismi də Rusiyanın bu raketlərini məhz qitənin mərkəzində yerləşdirməsindən narahatdırlar. Belə ki, bu raketlər Polşa, Baltikyanı ölkələr və Finlandiyanın bəzi ərazisindəki mühüm strateji obyektləri nəzarət altında saxlamağa imkan verir.

Kalininqrad Rusiyanın eksklavıdır (ölkənin əsas ərazisindən ayrı olan və başqa dövlətlərlə əhatələnən qeyri-suveren bölgə – red.). Mərkəzi Avropada yerləşən bu ərazi Polşa və Litva ilə sərhəddir. (Axar.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol