Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən Durak Jandarm hərbi postuna hücum zamanı ölənlərin sayı 17 nəfərə çatıb. "Habertürk" xəbər verir ki, bu barədə Hakkari valisi məlumat yayıb.
Hakkari valisi Şəmdinlidə terror hücumu zamanı 9 hərbçinin şəhid olduğunu, 8 mülki şəxsin həyatını itirdiyini bildirib.
O, qeyd edib ki, 27 yaralı hərbçi helikopterlərlə hospitallara yerləşdirilib.
______

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, PKK təşkilatının törətdiyi terror aktı zamanı 11 əsgər yaralanıb.
***
Türkiyədə terror aktı baş verib, 6 əsgər şəhid olub
Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən hərbi postda terror aktı baş verib.
"Report" "Hürriyyet"ı istinadən xəbər verir ki, bomba yüklənmiş avtomobillə posta hücum nəticəsində 6 əsgər şəhid olub.
Hücumu PKK terror təşkilatının törətdiyi bildirilir. Hadisə zamanı aralarında mülki şəxslər də olmaqla, 7 nəfər yaralanıb.


Şərhlər