Menu

Malayziyada İŞİD-lə əlaqədə olan 16 nəfər həbs edilib

09.10.2016, 17:21
Malayziyada İŞİD-lə əlaqədə olan 16 nəfər həbs edilib

Bununla bağlı əməliyyat sentyabrın sonlarında, ölkənin 6 ştatında keçirilib

Malayziyanın hüquq-mühafizə orqanları İŞİD terror qruplaşması ilə əlaqədə olan 16 nəfəri həbs edib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə krallığın polis rəhbəri Xalid Əbu Bəkr məlumat yayıb.

Onun sözlərinə görə, bununla bağlı xüsusi əməliyyat sentyabrın sonlarında, ölkənin 6 ştatında keçirilib. "Həbs edilmiş şəxslərdən 14-ü birbaşa hazırda Suriyada döyüşən və Malayziyada törədilmiş terror aktının təşkilatçısı Məhəmməd Vandinin tabeliyində olanlardır" – deyə polis rəhbəri bildirib.

Xalid Əbu Bəkr həmçinin əlavə edib ki, saxlanılanlar arasında dövlət tabeliyində olan məktəbin əməkdaşı, bank işçisi, işsiz və digər şəxslər var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol