«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya Prezidenti Vladimir Putini tənqid etmək Qərbdə «yaxşı davranış norması»na çevrilib və onun barəsində «tüpürməkdə kim kimi üstələyəcək» tərzində düşünürlər.
Lavrov bu barədə «1-ci kanal» televiziyasına verdiyi müsahibədə söhbət açıb. Onun sözlərinə görə, heç bircə dəfə də şahidi olmayıb ki, Vladimir Putin hər-hansı formada öz həmkarlarından kiminsə barəsində hörmətsiz danışsın.
Bundan əvvəl Rusiya prezidentinin özü bəyan edib ki, Qərb tərəfindən ona yönəlik neqativ münasibətin səbəbi kimi «qorxu» hissini görür.


Şərhlər