Menu

Müsəlman Qardaşları Hərəkatının mətbuat katibi saxlanılıb

26.04.2014, 18:43
Müsəlman Qardaşları Hərəkatının mətbuat katibi saxlanılıb

Misirdə Müsəlman Qardaşları Hərəkatının siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının mətbuat katibi Yasir Mehrez saxlanılıb.

APA-nın MENA agentliyinə istinadən verdiyi məlumata görə, Yasir Mehrez prezident Məhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra insanları qətl törətməyə və zorakılığa təhrik etməkdə günahlandırılır.

Yasir Mehrez son 10 ay ərzində axtarışda olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol