Menu

Gəncədə avtomobil beton divara çırpılıb, sürücü ölüb

10.10.2016, 20:36

qezaGəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saat 19:00-da şəhərin "İmamzadə" kompleksinə gedən yolda 20 CK 079 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, Samux rayon sakini, 1986-cı il təvəllüdlü Əli Hüseynov idarəetməni itirərək yol kənarındakı beton divara çırpılıb. O, yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol