Ukraynanın Donetsk vilayətinin Kravamotorsk şəhərində separatçılar Yenikravamotorsk Maşınqayırma Zavodunu ələ keçiriblər.
Musavat.com-un Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə özünün facebook səhifəsində Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk yazıb.
“Bizdəki informasiyaya görə, ekstremistlər zavoda iki avtomobildə gəliblər. Bu ana kimi işğalçılar heç bir tələb irəli sürməyiblər”, - deyə o qeyd edib.
Sözügedən müəssisə ağır maşınqayırma sahəsi üzrə təkcə Ukraynada deyil, bütün dünyada ən iri zavodlardan biri kimi tanınır.


Şərhlər