AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Barak Obama Respublikaçılar partiyasından bu ölkənin prezidentliyinə namizəd Donald Trampı tənqid atəşinə tutub.
Ağ evin hazırkı «sahibi» milyarderin qadınlar barədə söylədikləri ilə bağlı ötən həftənin sonunda yer almış qalmaqalı şərh edərkən deyib ki, Tramp qadınları aşağılayır və təhqir edir, eyni zamanda azlıqları, immiqrantları, digər dinlərə qulluq edənləri təhqir edir, əlilləri ələ salır, əsgər və veteranları aşağılayır.
«Belə davranış onun göstəricisidir ki, Tramp özünə heç arxayın deyil və özünütəsdiq üçün digərlərini aşağılamaq yolunu seçir. Mən xarakterin belə xüsusiyyətlərini gələcəkdə «Oval kabinet»də qərar tutacaq heç kimə arzulamazdım» - deyə, prezident Demokratların Çikaqoda (İllinoys ştatı) keçirilən dəstək tədbirində qeyd edib.
Obama prezident seçkilərində seçiciləri sabiq dövlət katibi Hillari Klintona səs verməyə çağırıb.

Şərhlər