Menu

«Ölkəm Rusiyanın dəstəyini heç vaxt unutmayacaq» 

10.10.2016, 11:33

Russia's President Vladimir Putin (R) an«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya parlamentinin (Xalq Şurası - red.) sədri Hədiyə Abbas deyib ki, ölkəsi terrorçuluqla müdarizədə Rusiyanın müxtəlif istiqamətlər üzrə göstərdiyi dəstəyi heç vaxt unutmayacaq.

Bu barədə xəbəri «SANA» agentliyi yayıb.

«Suriya xalqı bu ölkəyə Rusiyanın göstərdiyi siyasi, iqtisadi, hərbi dəstəyi, Qərbin düşmən niyyətlərinə və terrora qaşı sərgilədiyi mökəm mövqeyi heç vaxt unutmayacaq» - deyə, Abbas Dəməşqdə Rusiyanın siyasət və ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdə bəyan edib.

Suriya parlamentinin başçısı BMT TŞ-da veto hüququndan istifadə edən Rusiyanın prinsipiallığını xüsusi qeyd edib.

Məlumat üçün bildirək ki, ötən şənbə günü Rusiyanın veto hüququndan istifadə etməsi səbəbilə, BMT TŞ hərbi əməliyyatların davam etdiyi Suriya şəhəri Aleppodakı vəziyyətlə bağlı bəyanat qəbul edə bilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol