Menu

Bakıda tələbə yataqxananın 11-ci mərtəbəsindən özünü atıb

11.10.2016, 10:44
Bakıda tələbə yataqxananın 11-ci mərtəbəsindən özünü atıb

Bakıda intihar hadisəsi baş verib.

Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb.

Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol