Menu

Putin Ermənistana gedir

11.10.2016, 14:39

Vladimir_Putin_and_Serzh_Sargsyan_at_GyumriRusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Ermənistana səfər edəcək.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq.

İclasda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, KTMT-nin cavabdeh olduğu ərazilərdəki vəziyyət, təşkilatın kollektiv təhlükəsizlik sisteminin perspektivləri müzakirə olunacaq.

Şuranın iclasında təşkilata sədrlik Ermənistandan Belarusa keçəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol