Menu

Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin daha 3 ay uzatdı

11.10.2016, 22:37
Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin daha 3 ay uzatdı

Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə parlamentinin oktyabrın 11-də keçirilmiş plenar iclasında Nazirlər Kabinetinin ölkə ərazisində fövqəladə vəziyyət rejiminin oktyabrın 19-da yerli vaxtla saat 01:00-da 90 gün müddətinə uzadılması ilə bağlı təqdim etdiyi qanun layihəsi təsdiqlənib.

Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd olub. Nəticədə 250 nəfər şəhid olub, 2000-dən çox insan yaralanıb. Bundan sonra ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol