Menu

PKK Türkiyədə yük qatarını partlatdı

11.10.2016, 23:33
PKK Türkiyədə yük qatarını partlatdı

PKK terror qruplaşmasının üzvləri Türkiyənin şərqində, Ərzincan və Sivas vilayətlərinin arasında, yük qatarını partladıblar.Oxu.az xəbər verir ki, bu barədə bu gün "Haber 7" qəzeti yazıb.

Bildirilir ki, terrorçular dəmir yolunu öncədən əldə düzəldilmiş və məsafədən idarə olunan partlayıcılarla minalayıblar.

Zərərçəkənlər və hadisənin təfərrüatları barədə məlumat yoxdur.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol