AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ümumdünya səhiyyə təşkilatı (ÜST) şirin ərzaqlar və içkilər üçün təklif olunan xüsusi vergi növünün tətbiqini dəstəkləyib.
Təşkilatın yeni məruzəsində deyilir ki, bu məhsulların qiymətinin heç olmasa 20,0 faiz qalxması onların istehlak həcminin azalmasına gətirib çıxaracaq. Məruzənin müəllifləri hesab edirlər ki, bunun nəticəsində insanların sağlamlığı üçün münbit şərait yaranacaq.
Məlumat üçün bildirək ki, şirin ərzaq məhsulları üçün əlavə vergi növü artıq Meksika və Macarıstan kimi ölkələrdə öz tətbiqini tapıb. Gələn il «şəkər vergisi»nin Afrikada ilk dəfə olaraq, Cənubi Afrika Respublikasında (CAR) tətbiq olunacağı gözlənilir.
«BBC»-nin xəbərinə görə, ÜST ekspertləri bu fikirdədirlər ki, qidalılıq dəyəri nöqteyi-nəzərindən, insanlara ümumiyyətlə şəkər lazım deyil.

Şərhlər