AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton hesab edir ki, seçkilərdə respublikaçı rəqibi Donal Trampın qələbəsi «apokaliptik» nəticələrə gəbirib çıxarar.
Klinton bu fikri «New York Times Magazine» jurnalına verdiyi müsahibədə səsləndirib. Müsahibə jurnalın bazar günü nömrəsində dərc olunacaq, ancaq onun mətni artıq onlayn variantda əlçatandır.
«Mən indi çoxlarına deyirəm: Mən - sizinlə Apokalipsis arasında dayanan axırıncıyam» - deyə, Klinton jurnalistlə söhbətini bitirib.
Yazılanlara görə, Klintonun həmsöbətlərinin əksəriyyəti öz növbəsində, onu «qələbəni əldən verməməyə» çağırır. Bir neçə gün bundan əvvəl bu barədə ABŞ-ın sabiqş vitse-prezidenti Albert Qor da danışıb. O, Florida ştatında Klintonun xeyirinə seçkiqabağı təşviqat işləri aparıb.
Məlumat üçün bildirək ki, 2000-ci ildə prezident seçkilərində Albert Qor Florida ştatında minimal hesabla respublikaçı Corc Buşa (oğul) uduzmuşdu. Nəticədə, Buş ölkənin yeni başçısı olmuşdu.
Hazırda, ictimai rəyi öyrənən sorğularının ümumi nəticələrinə görə, Klinton Trampla seçkiqabağı mübarizədə 6,2 faiz üstünlük təşkil edir. Siyasi proqnozlar «bazar»ında onun qələbəyə şansı 89,0 faizin 11,0 faizə olan nisbətində qiymətləndirilir. Sonuncu göstərici Trampın son debatlarda qadınlar barədə söylədiyi qalmaqallı fikirlərin ictimailəşdirilməsindən sonra Klintonun xeyirinə sürətlə yüksəlməyə başlayıb.

Şərhlər