AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Şotlandiya ölkədə müstəqillik barədə ikinci referenduma hazırlıq görüldüyünü bəyan edib. Məlumata görə, gələn həftə müvafiq qanun layihəsi dərc olunucaq. Şotlandiyanın birinci naziri Nikola Stercen bəyan edib ki, Böyük Britaniya Avropa İttifaqını tərk etməzdən əvvəl Edinburqun öz müstəqilliyini müzakirə etmək imkanı olmalıdır.
Məlumat üçün bildirək ki, Şotlandiya Böyük Britaniyanın «Breksit» barədə keçirdiyi referendumun nəticələri ilə razılaşmır.


Şərhlər