AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, dollar milyarderlərinin sayına görə, Çin Xalq Respublikası (ÇXR) dünya ölkələri arasında birinci yerə yüksəlib.
Bu nəticəni «Hurun» Şanxay araşdırmalar institutunun hazırladığı yeni reytinq təsdiqləyir. Siyahıda birinci yerdə Van Tsizyanlin dayanır. Biznemsen daşınmaz əmlak komersiyası və kinoprokatla məşğuldur. Onun sərvəti 32,0 milyard dollardan artıq qiymətləndirilir.
«Forbes»in qlobal reytinqinə görə isə planetin ən varlı adamı «Maykrosoft» şirkətinin sahibi Bill Qeyts olaraq qalır. Onun sərvəti 75,0 milyard dollar təşkil edir.

Şərhlər