Menu

Kriştiano Ronaldo ÇL-in ən yaxşısı - Seçildi

14.10.2016, 11:17
Kriştiano Ronaldo ÇL-in ən yaxşısı - Seçildi

Real Madrid klubunun oyunçusu Kriştiano Ronaldo "Marca" və "La Gazzetta dello Sport" oxucularının səsverməsi ilə 2015-2016-cı ilin UEFA Çempionlar Liqası turnirinin ən yaxşı oyunçusu seçilib.

Trend-in "TASS"-a istinadən verdiyi məlumata görə, 2015-2016-cı illin UEFA Çempionlar Liqası turnirində Real Madrid klubu finalda Atletiko Madrid klubuna qalib gələrək turnirin qalibi olub. Portuqaliyalı turnirdə 12 oyunda iştirak edərək, 16 qol vurub və turnirin bombardiri olub.

Premiyanı İspan qəzetinin direktoru Xuan İqnasio Qallardo və İtalyan qəzetinin direktor müavini Canni Valenti təqdim ediblər.

"Mənim arzum Real Madriddə oynamağa davam etməkdi. Bu klub mənim urəyimdədir", - Ronaldo deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol