Menu

DTX və XKX əməkdaşlarına dövlət qulluqçusu statusu verildi

14.10.2016, 15:27

mtn_bina_yeni_main_180215_2Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) əməkdaşlarına dövlət qulluqçusu statusu verilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, DTX və XKX-də qulluq dövlət qulluğunun xüsusi növü hesab ediləcək.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol