Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin liderləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca bəyanat qəbul etməyəcəklər.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, bu gün Ermənistan KTMT-yə üzv ölkələrin dövlət başçılarının toplantısı keçirilir. Toplantıda Rusiya prezidenti Vladimir Putin də iştirak edir.

Şərhlər