Menu

Hərbçilərimiz S-300 PMU zenit raket kompleksləri ilə təlim keçir - VİDEO

14.10.2016, 17:04
Hərbçilərimiz S-300 PMU zenit raket kompleksləri ilə təlim keçir - VİDEO

S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar edərək məhv edir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, intensiv təlim-məşqlərdə hava hücumundan müdafiə birləşmələri və hərbi hissələri, o cümlədən müasir S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqləri icra edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol