Menu

SOCAR istiqrazları satılıb

14.10.2016, 17:12

socar istiqrazBu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının alqı-satqısı üzrə 429 əqd bağlanılıb.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqdlər hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazın (100 mln. dollarlıq) realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızlar Birjanın əsas bazar seqmentində satılıb.

Xatırladaq ki, tədavül müddəti 5 il (1 826 gün) olan SOCAR istiqrazlarının illik gəlirliyili 5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol