Menu

"Haitidə aclıq gözlənilir"- BMT

15.10.2016, 20:49

bmt 1-300x263"Haitidə "Mettyu" qasırğası kənd təsərrufatı məhsullarının 80 faizini məhv edib". "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu BMT-nin inkişaf proqramının Haitidəki əlaqələndiricisi İvonn Hell bildirib.

"Bu fəlakətdir. Bu faktiki olaraq, yarım ildən sonra Haitini aclığın gözləyəcəyi deməkdir", - deyə o vurğulayıb.

BMT-nin məlumatına görə, qasırğa çəltik, çovdar və paxlalı bitki sahələrini məhv edib.

İnformasiyada bildirilib ki, ölkənin əsas ixrac məhsulları sayılan kakao, qəhvə bitkiləri və meyvə ağaclarına da ziyan dəyib.

BMT-nin hesabatında vurğulanıb ki, məhsul çatışmazlığı yüz mindən çox uşağın ac qalması ilə nəticələnə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol